MN: Ordumuzun Ermənistan ərazisində hərbi məqsədi yoxdur

MN: Ordumuzun Ermənistan ərazisində hərbi məqsədi yoxdur
Ötən sutka ərzində düşmən Tərtər və Ağcabədi rayonlarında yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Tovuz, Gədəbəy və Qubadlıda yerləşən bölmələrimizin mövqelərini artilleriya və digər atıcı silahlardan atəşə tutub. Əsasən Ağdərə, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində aparılan döyüş əməliyyatlarında ordumuzun cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd piyada döyüş maşını, dörd ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, ikisi sursatla dolu olmaqla 7 ədəd avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv edilib.

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 1-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Mətbuat katibi bildirib ki, düşmənə məxsus silah və sursat ələ keçirilib. Cəbhənin müxtəlif istiqamətlərində gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib.

"Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Bununla yanaşı, biz xəbərdarlıq etmişik ki, Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən mövqeləri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir”, - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR

Nazirlər Kabinetindən Qarabağ Universiteti ilə bağlı YENİ QƏRAR

Baş Nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının ...

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib...

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə he...

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə&...

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

"Bavariya" Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.   Sfera.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubun...

Doktoranturaya elektron sənəd qəbuluna BAŞLANDI - YENİLƏNDİ

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.   Sfera.az xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparıl...