No Image
No Image
No Image

MN: Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var

MN: Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var
"Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür”.

Azərbaycan Müdafiə Nazirliyindən Sfera.az-a daxil olan məlumata görə, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb: " Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd "OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.

Məlumata görə, Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb: "Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir”.

OXŞAR XƏBƏRLƏR

Zəngilan işğaldan azad edildi - Prezidentdən növbəti şad xəbər

Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciəti zamanı bildirib.   ...

İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM

İlham Əliyev xalqa müraciət edir.   *** Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edəcək. Sfera.az xəbər verir ki, mür...

Prezidentin 4 il əvvəlki planı: Bu gün üçün atılan imza

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün ...

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə etdi

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu o...

"Rusiyadan Ermənistana külli miqdarda silah keçirilir" - Prezident

"Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tər...

“Ümidlərimiz doğrulmadı" - Sergey Lavrov Moskvadakı görüşdən danışdı

"Avropa Şurası Baş katibliyindən olan həmkarlarımızı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və Rusiyanın gördüyü tədbirlər barədə məlumatlandırdıq”. ...