MM-in növbəti iclasının vaxtı açıqlandı
11:52 / 24.11.2020
903
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda məlumat verib.
O bildirib ki, növbəti plenar iclas noyabrın 26-da keçiriləcək: "İclasın gündəliyi barədə isə əlavə məlumat veriləcək”.