MKİ-nin eks şefi \"uçan boşqablar\"dan danışdı: “Donanma pilotlarının çəkdiyi bəzi videolar...”

MKİ-nin eks şefi \
Keçmiş MKİ direktoru Con Brennan insanların kainatda tək olduğunu düşünməyin yanlış olduğunu deyib. Kəşfiyyat təşkilatının keçmiş rəhbəri ABŞ-da bu yaxınlarda məxfiliyi götürülən UFO videolarına münasibət bildirib.

 

Sfera.az Daily Mail-ə istinadən xəbər verir ki, 2013-2017-ci illərdə Barak Obamanın dövründə MKİ-nin direktoru vəzifəsində işləyən Con Brennan həyatın yer üzündən kənarda ola biləcəyini düşünənlərin siyahısına qoşulub.


Keçmiş MKİ direktoru son bir podkast çıxışında yad həyat formalarının mümkünlüyünü istisna etmədiyini açıq şəkildə bildirib. Brennan 16 dekabr "Tayler ilə söhbət” verilişində "Həyat müxtəlif yollarla təyin olunur" deyib: "Düşünürəm ki, bütün kainatda başqa bir həyat forması olmadığına inanmağımız bizim üçün bir qədər təkəbbürlü və özünəarxayınlıqdır".


Eyni zamanda, Brennan yadplanetlilərin varlığı fikrini tam bölüşmür və bunları deyir: "Mən sadəcə bir şeyin ola biləcəyi barədə düşüncəmi açıq tutmaq istəyirəm, amma bunun nə ola biləcəyini kim bilir?" Bununla belə onun fikirləri həyatın Yerdən başqa bir məkanda da ola biləcəyinə inamı dəstəkləyir.

Aprel ayında ABŞ Müdafiə Nazirliyi 2004-2015-ci illərdə çəkilmiş, hələlik heç bir izahı tapılmayan naməlum hava hədəflərini göstərən üç videonun üzərindən məxfiliyi götürdüyünü elan edib.

 

"Mən donanma pilotlarının çəkdiyi bəzi videolara baxdım və deyim ki, onlar adamda xeyli təəccüb doğururlar", - Brennan deyib və həmin videoların qeyri-adi hava şəraiti ilə izah edə biləcəyinə münasibət bildirib: "Düşünürəm ki, başqa bir ortama nüfuz etmək və aydınlaşdırmaq vacibdir ki, həmin vaxt həqiqətən də o cür görüntü yarada biləcək hansısa hava fenomeni olubmu?"

 

Qeyd edək ki, Brennan Barak Obamanın prezident kimi ikinci müddətində MKİ direktoru vəzifəsini icra edib və Donald Trampın andiçmə mərasimindən sonra vəzifəsindən gedib. Obama özü də bir neçə həftə əvvəl keçmişdə UFO görüntüləri barədə məlumatlı olduğunu etiraf etsə də, onların mövcudluğunu təsdiqləyəcək və ya inkar edəcək açıqlama verməyib.


Bu yaxınlarda İsrail Müdafiə Nazirliyinin kosmik proqramlarının keçmiş direktoru 87 yaşlı Haim Eşed ABŞ və İsrailin "qalaktik federasiya"nı təmsil edən yadplanetli həyat formaları ilə kontaktda olduqlarını və prezident Donald Trampın da bu haqda məlumatlı olduğunu deyib. /Qaynarinfo


OXŞAR XƏBƏRLƏR

Daha bir ölkədə güclü zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zə...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...