Mixael Şumaxerin oğlu \"Formula 1\"də yarışacaq
13:45 / 02.12.2020
1650
"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin yeni komandası açıqlanıb.
Sfera.az yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı pilot "Hass"a keçib. O, 2021-ci ildən "Formula 1"də yarışacaq.
Mik Şumaxer son olaraq "Prema Racing”in heyətində "Formula 2"də mübarizə aparıb.