“Miss Avropa-2014” xərçəngdən öldü - FOTOLAR

“Miss Avropa-2014” xərçəngdən öldü - FOTOLAR

 

 

Məşhur bloqer, "Miss Serbiya-2009” və "Miss Avropa-2014” gözəllik müsabiqələrinin qalibi Diyana Miloykoviç vəfat edib. O, altı il xərçənglə mübarizədən sonra xəstəliyə təslim olub.

Bu barədə "Mirror” yazır.

Bildirilir ki, onun 27 yaşı olanda uşaqlıq yolunda xərçəng şişi aşkar edilib. Diyana sosial şəbəkədə xəstəliyə qarşı mübarizəsini izləyiciləri ilə bölüşüb.

İyun ayında Diyananın vəziyyəti kəskinləşib və həkimlər ona qan köçürüblər. Buna baxmayaraq, "Miss Avropa-2014”ü xilas etmək mümkün olmayıb. O vəfat edib.

Qəzetin xəbərinə əsasən, Miloykoviçin keçmiş sevgilisi Stefan son ana qədər onu dəstəkləyib və saçını da kəsdirib.

"Səninlə keçirdiyim hər günə, hər gülüşünə, hər göz yaşına görə təşəkkür edirəm. Heç vaxt səni unutmayacağam və sevməyə davam edəcəyəm”, - deyə Stefan sosial şəbəkədə yazıb.


OXŞAR XƏBƏRLƏR