Misirə qeyri-adi güc qazandıran firon - Ramzeslə bağlı yeni fakt - FOTO

Misirə qeyri-adi güc qazandıran firon - Ramzeslə bağlı yeni fakt - FOTO

Arxeoloqlar firon Ramzesin heykəlinin ikinci hissəsini Gizadakı qədim Misir tanrısı Ptaxın məbədi yaxınlığında tapıb.

Sfera.az  teleqraf.com-a istinadən bildirir ki, Qədim Misir Tarixi Əsərləri Ali Şurasının baş katibi Mustafa Vəziri açıqlama verib.

O, bunun Ramzesin çəhrayı qranitdən hazırlanmış heykəlinin aşkar olunan ikinci hissəsi olduğunu bildirib.

Heykəlin aşkar edilmiş hissəsinin hündürlüyü 105 santimetr, eni 55 santimetrdir. Fironun heykəli şəxsi ərazidə tapılıb, ərazinin sahibi gizli qazıntı işləri aparsa da, dekabrın əvvəlində turizm polisi tərəfindən saxlanılıb.

Tapıntı bərpa edilərək, açıq hava muzeyinə göndəriləcək.

 

Misirlilər eramızdan əvvəl 1279-1213-cü illərdə hökmranlıq edən firon Ramzesin Misirə fövqəl güc qazandırdığına inanırlar.


OXŞAR XƏBƏRLƏR