Misirdə Nəsiminin Azərbaycan dilində əlyazmaları tapıldı

Misirdə Nəsiminin Azərbaycan dilində əlyazmaları tapıldı

Misirin paytaxtı Qahirədə yerləşən "Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə)Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarıortaya çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, əlyazmalar "Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim SeymurNəsirovun apardığı tədqiqatlar əsasında aşkarlanıb.

Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirib.

Azərbaycan dilində olan əlyazmanın üzərində "Nəsimi Külliyyatı” yazılıb. Bu külliyyat şeir və nəsrdən ibarətdir. Şeirlərin çoxu rübai və məsnəvi üslubundadır. Arasında qəzəl də var. Nəsrlər isə, əsasən, öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir.

 

S.Nəsirovun ən çox diqqətini çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, ayrı-ayrı sonu eyni hərflə bitən şeirlərin olması olub. Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliqxətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi 1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəsx olunub.

Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə, şeirlərdən ibarətdir. Adı "Divan-i Nəsimi”dir. Şikəstə xəttinə bənzəyən nəstəliqxətti ilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm, uzunluğu 16 smvə sayı 86-dır.

Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.

Qeyd edək ki, "Misir Kitablar Evi” (Dər əl-Kutub əl-Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir.

 


 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...