Misir prezidenti: \"Türkiyəyə də sanksiyalar tətbiq edilsin\"

Misir prezidenti: \

Misirdə çevrilişlə hakimiyyətə gələn Əldüllətif Sisi Türkiyəyə də sanksiyaların tətbiqi məsələsini təklif edib.

Türkiyə mediası xəbər verir ki, Misir prezidenti bu fikirləri Qahirədə Bəhreyn kralı Həməd İbin İsa ilə keçirdiyi görüşdə səsləndirib.

O, ərəb ölkələrini Qətərə olduğu kimi Türkiyəyə qarşı sanksiyalara çağırıb.

Qeyd edək ki, son hadisələrdə Qətərin yanında olan Türkiyə Misirdə çevriliş baş verən zaman bu hadisəyə sərt reaksiya vermişdi. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR