Mirələmovun videosu niyə böyük marağa səbəb oldu? – Sosioloq rəyi

Mirələmovun videosu niyə böyük marağa səbəb oldu? – Sosioloq rəyi
Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qalmaqallı videosu yayılıb. Dünəndən bəri bununla bağlı yaşından və cinsindən asılı olmayaraq, müxtəlif şəxslər fərqli fikirlər səsləndirirlər. Bu cür mövzular həmişə diqqət mərkəzində olmağı bacarıb. Elə bundan öncə də, oxşar hadisələr insanların daha çox müzakirə obyektinə çevrilə bilib.
 
Maraqlıdır, cəmiyyətimizdə 18+  və ya qalmaqallı mövzular niyə bu qədər maraqla qarşılanır?

Bununla bağlı sosioloq Lalə Mehralı Sfera.az-a açıqlamasında deyib ki, insan üçün qadağan olunan mövzular həmişə cəlbedici olub:

"Bu, uşaqlar üçün də keçərlidir. Onlara nəyi qadağan ediriksə, istiqaməti sırf o yöndə olur. Məsələn, kompüter oyunlarını qadağan edirik, meylləri artır və ya telefondan istifadəyə icazə vermirik, ona maraqları artır və s.  Düzdür, yetkinlik yaşına çatmış insan üçün +18 mövzusunda nəyinsə qadağan edilməsindən söhbət gedə bilməz. Amma insan psixologiyası ona hesablanıb ki, bu cür məhrəm mövzulara daha çox simpatiyası olur.

Bəlkə də bu, cəmiyyətin aclığından irəli gəlir. Çünki bizim kimi mental dəyərləri yüksək olan cəmiyyətlərdə bu cür mövzular adətən müzakirə edilməyib, həmişə məhrəm qalıb. Lakin hesab edirəm ki, həmişə müzakirə edilsəydi belə, yenə maraq güc gələrdi”.
 
Sosioloq qeyd edib ki, insanlar üçün cinsəllik, cinsi mövzular həmişə maraqlı olub:

"Bu, həmişə də belə olacaq. Yaşından, kateqoriyasından, statusundan asılı olmayaraq bütün insanlar üçün belədir. Dünən yayılmış məlum video da bunun sübutudur. Əksər insanların bu haqda münasibət bildirdiyini gördük. Biz vəkili niyə seçirik? Bizim nümayəndəmiz olsun, səsimizi eşitdirsin, istəklərimizi lazımi dairələrdə səsləndirə bilsin. Yəni bizi təmsil etsin. Bunun üçün layiqli namizəd seçməliyik. Amma dünənki video hamımızı təəssüfləndirdi. Xəyal qırıqlığı yaşadıq ki, biz kimlərə səs verib nümayəndəmiz seçmişik.
 
Bir neçə gün bundan qabaq sosial şəbəkələrdə qonşunun uşağına zorakılıq nümayiş etdirən şəxslə bağlı video yayılmışdı. Sözügedən şəxs uşağı necə yerə yıxıb cinsi orqanını kəsdiyindən danışırdı. Həmin videonun da çox insanın izləməsi məni dəhşətə gətirdi. İnsanlar bu mövzuda nə qədər acdılar. Orda da söhbət cinsi tərkibli olduğuna görə daha çox izləndi. Ümumilikdə cəmiyyətin özü bu mövzulara acdır. Vəziyyətin təhlükəli olduğunu demək olar. İnsanlar bu qədər maraq göstərməməlidirlər. Xəbər saytlarında da müşahidə edirik ki, ən çox oxunanlar siyahısında +18, zorakılıq, qətl tipli yazılar olur”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR