Mirələmovun videosu niyə böyük marağa səbəb oldu? – Sosioloq rəyi
13:10 / 22.04.2021
3033
Xəbər verdiyimiz kimi, sabiq deputat
Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qalmaqallı videosu yayılıb. Dünəndən
bəri bununla bağlı yaşından və cinsindən asılı olmayaraq, müxtəlif şəxslər fərqli
fikirlər səsləndirirlər. Bu cür mövzular həmişə diqqət mərkəzində olmağı
bacarıb. Elə bundan öncə də, oxşar hadisələr insanların daha çox müzakirə
obyektinə çevrilə bilib.
Maraqlıdır, cəmiyyətimizdə 18+ və ya qalmaqallı mövzular niyə bu qədər
maraqla qarşılanır?
Bununla bağlı sosioloq Lalə Mehralı Sfera.az-a
açıqlamasında deyib ki, insan üçün qadağan olunan mövzular həmişə cəlbedici olub:
"Bu, uşaqlar üçün də keçərlidir. Onlara nəyi
qadağan ediriksə, istiqaməti sırf o yöndə olur. Məsələn, kompüter oyunlarını
qadağan edirik, meylləri artır və ya telefondan istifadəyə icazə vermirik, ona
maraqları artır və s. Düzdür, yetkinlik
yaşına çatmış insan üçün +18 mövzusunda nəyinsə qadağan edilməsindən söhbət gedə
bilməz. Amma insan psixologiyası ona hesablanıb ki, bu cür məhrəm mövzulara
daha çox simpatiyası olur.
Sosioloq qeyd edib ki, insanlar üçün cinsəllik,
cinsi mövzular həmişə maraqlı olub:
"Bu, həmişə də belə olacaq. Yaşından,
kateqoriyasından, statusundan asılı olmayaraq bütün insanlar üçün belədir. Dünən
yayılmış məlum video da bunun sübutudur. Əksər insanların bu haqda münasibət
bildirdiyini gördük. Biz vəkili niyə seçirik? Bizim nümayəndəmiz olsun, səsimizi
eşitdirsin, istəklərimizi lazımi dairələrdə səsləndirə bilsin. Yəni bizi təmsil
etsin. Bunun üçün layiqli namizəd seçməliyik. Amma dünənki video hamımızı təəssüfləndirdi.
Xəyal qırıqlığı yaşadıq ki, biz kimlərə səs verib nümayəndəmiz seçmişik.
Günay Rəsulqızı