Mirdaməd Sadıqovun vəziyyəti ağırlaşdı

Mirdaməd Sadıqovun vəziyyəti ağırlaşdı
İsmayıllının sabiq icra başçısı Mirdaməd Sadıqovun səhhəti ağırlaşıb.

Sfera.az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, M. Sadıqov hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. O, süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.

Qeyd edək ki, bir müddət əvvəl M. Sadıqov koronavirusa yoluxub, sağaldıqdan sonra səhhətində əlavə problemlər yaranıb.

Bildirək ki, 71 yaşlı eks-icra başçısı 2013-cü ildən 2020-ci ilə qədər İsmayıllı rayonuna rəhbərlik edib. 

OXŞAR XƏBƏRLƏR