Miqrasiya Xidmətinə daxil olan şikayətlər azalıb
11:32 / 18.01.2022
534
"2019-cu ildən bu günədək Miqrasiya Xidmətinə daxil olan müraciətlərdə azalma var".
Sfera.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Vüsal Hüseynov 2021-ci il Dövlət Miqrasiya Xidmətinə 135 şikayətin daxil olduğunu deyib.
"2020-2021-ci il digər illərə nisbətdə şikayətlərin sayında 2,6 faiz azalma var. Burada əsasən ərizələr, təkliflər və şikayətlər yer alır", - deyə xidmət rəisi vurğulayıb.
Əzizə Zeynal
Sfera.az