MİQ imtahanlarına buraxılmayanlarla bağlı yeni QƏRAR verilə bilər? - Ekspert AÇIQLADI

MİQ imtahanlarına buraxılmayanlarla bağlı yeni QƏRAR verilə bilər? - Ekspert AÇIQLADI
Son günlər bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanların MİQ-də iştirak edə bilməməsi müzakirə obyektinə çevrilib. Bu baxımdan "Baza təhsili olmayan şəxslərin MİQ imtahanlarında iştirakı mümkün deyilsə, o zaman nə üçün magistratura pilləsinə bu şəxslərin sənədləri qəbul olunub” kimi suallar ortaya çıxıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil üzrə ekspert Nadir İsrafilov qeyd edib ki, bu gün təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər:


 

"Onlar özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli, təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar. Hazırda bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün "CV” deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq”.


 

Müsahibimiz bildirib ki, əsas baza təhsili pedoqoji olmalıdır:


 

"Yəni, baza təhsili pedoqoji olmayanların MİQ imtahanlarına buraxılmamasında elə də bir qəbahət görmürəm. Kimsə magistratura pilləsində müəllimlik ixtisası üzrə təhsil alıb, lakin bakalavr pilləsində müəllimlik üzrə təhsil almayıbsa, müəllimlərin işə qəbulu prosesində onların MİQ imtahanına buraxılmaması təəccüb doğurmamalıdır. Əgər, həm baza təhsili, həm də maqistratura təhsili eynidirsə, onda çox gözəl. Daha konkret desək, müəllim olmaq üçün bakalavriat kifayətdir, magistrlər isə elmi - tədqiqat, elmi-pedaqoji işləri üçün yetişməlidirlər”.


 

Ekspert mövcud durumdan çıxış yolunu da açıqlayıb:


 

"Düşünürəm ki, magistrlara iki il əlavə təhsilinə görə iş yerləri açılmalı, ya da formallığı aradan qaldırmaq üçün, ayrılan plan yerləri məhdudlaşdırılmalıdır”.


 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR