Minskdə keçirilən etiraz aksiyasındda 400-dən çox insan saxlanıb

Minskdə keçirilən etiraz aksiyasındda 400-dən çox insan saxlanıb

Belorus Respublikasında prezident seçkillərindən sonra yaşanan etiraz aksiyalarında saxlanılan aksiyaçılar və aksiyaların gedişatı ilə bağlı son statistikanı təqdim edirik.


( 21:05-də yenilənib)


13 sentyabr 2020, 15:38


Bazar günü Minskin müxtəlif rayonlarında keçirilən icazəsiz etiraz aksiyasında 400-dən çox insan saxlanılıb. Bu haqda bazar günü Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

 

"Saat 19.00-dan etibarən Minsk istisna olmaqla, ölkədə etiraz aksiyaları, demək olar ki, hər yerdə sona çatdı. Bir neçə yüz nəfər saxlanıldı. Paytaxtın müxtəlif bölgələrində 400-dən çox adam nəzarətə alındı", - deyə Daxili İşlər Nazirliyinin Telegram kanalında bildirilib.

 

Xəbər verilir ki, bazar günü Minskin mərkəzində müxalifət tərəfdarlarının qarşısında etiraz aksiyası keçirdiyi metro stansiyaları bağlansa da, artıq həminstansiyalara giriş və çıxış sərbəstdir. Bundan əlavə, şəhərdə mobil internetə çıxış da bərpa olunub.


 

 

* * * 20:30


Şahidlərin İnterfaks-a verdiyi məlumata görə, icazəsiz etiraz aksiyası iştirakçıları Minskin mərkəzində barrikadalar qurmağa başlayıblar.

 

Müxalifət yürüşü iştirakçıları su ilə doldurulmuş blokları və əl altında olan digər materialları Timiryazev küçəsinə gətirir və maşın yollarında barrikadalar qururlar.

 

Küçələrdə nəqliyyat yoxdur. Maşın yollarıetirazçılarla doludur.

 

Daha əvvəl Belarus İstintaq Komitəsi xəbərdarlıq etmişdi ki, "bütün nəqliyyat növləri kommunikasiyalarının normal və təhlükəsiz işinə maneə törətmək üçün barrikadaların, postların quraşdırılması və ya digər vasitələrin istifadəsi qadağandır və 16 yaşından başlayaraq təkcə inzibati deyil, həm də cinayət məsuliyyətinə səbəb ola bilər".


 

* * * 20:20


RİA Novosti müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Minskdə keçirilən icazəsiz etiraz aksiyasının minlərlə iştirakçısı İstiqlal Sarayından – Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahından keçərək Qaliblər prospekti ilə paytaxtın mərkəzinə doğru gedir.

 

Prezident igamətgahı ərazisinə təhlükəsizlik qüvvələrindən ibarət dəstələr gətirilib. Yaxınlıqdakı Dövlət Bayrağı Meydanı daxili qoşunların əsgərləri və çevik qüvvət polisləri tərəfindən perimetr boyunca mühasirəyə alınıb. Orada həmçinin onlarla "avtozak”, hərbi yük maşınları, pəncərələri pərdəli avtobuslar və bir neçə su topu da var. Perimetr boyu tikanlı lent çəkilib, lentin qarşısında isə barrikadalar qurulub.

 

Belekspo sərgi mərkəzinin yaxınlığında zirehli texnika yerləşdirilib. Hazırda İstiqlal Sarayı qarşısında etirazçı qalmayıb. Təhlükəsizılik qüvvələri yoldan ötənlərdən yubanmamağı tələb edir. Onlar Qaliblər prospektini bütünlüklə bağlayıblar, buna görə də etirazçılar qonşu küçələrə burulmağa məcbur olublar.

 

Hüquq mühafizəçiləri prezident iqamətgahına bitişik Minaaxtaranlar (Sapyorlar) küçəsinə çıxışı da məhdudlaşdırıb.


 

 

* * * 18:08


RİA Novosti müxbirinin hadisə yerindən verdiyi məlumata görə, icazəsiz etiraz aksiyasında iştirak edən minlərlə insan kütləsi Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahına yaxınlaşıb.

 

İzdiham hökumət əleyhinə şüarlar səsləndirərək Lukaşenkonun istefasını tələb edir. Etirazçıların dövlət başçısının iqamətgahının yaxınlığında dayanmaq niyyətində olub-olmadığı idsə hələlik bəlli deyil.

 

Orlovskaya küçəsi ilə Qaliblər prospektinin kəsişməsində hüquq mühafizəçiləri, milis maşınları və ya hər hansı çəpər gözə dəymir.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların saxlanılması da daxil olmaqla, hələlik ərazidə heç bir aktivtədbir görməyiblər.


 

* * * 17:33


RİA Novosti xəbər verir ki, Minskdə minlərlə etirazçı koloniyası Puşkin prospekti ilə Belarus prezidentinin iqamətgahına doğru hərəkət edir.

 

Əvvəl Kalvariyskaya küçəsi ilə hərəkət edən izdiham, bundan sonra hara gedəcəyinə qərar vermək üçün "Puşkinskaya" metro stansiyasının ərazisində bir müddət ayaq saxladı. Təxminən on dəqiqədən sonra etirazçılar dəstəsi Puşkin prospekti ilə sağa doğru hərəkət edərək nəqliyyatın qarşısını kəsdi.. Bir neçə sərnişin avtobusu keçib getməyə imkan tapsa da, hazırda nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətdindədir.

 

Puşkin prospekti Timiryazev küçəsi ilə kəsişir və Prezident iqamətgahına bitişik Orlovskaya küçəsinə keçir. Etirazçılar İstiqlal Sarayının yaxınlığında yerləşən Dövlət Bayrağı Meydanına çatmaq üçün təxminən 2 kilometr yol qət etməlidirlər.



 

* * * 16:33


TASS xəbər verir ki, Minskdə hüquq-mühafizə orqanları bazar günü qızğın iş rejimində çalışır, nümayişçi dəstələrini qruplara ayırır və ən fəal etirazçıları həbs edir, səsgücləndiricilərdən isə dağılışmaq çağırışları eşidilir.


Belarus Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Minskdəki mitinq zamanı artıq 250 nəfər saxlanılıb.


Qaliblər prospektinin girişində bir neçə min nümayişçi toplaşıb, beş "avtozak” gəldi, etirazçılar ddağılışdı, həbslər isədavam edir.


Təhlükəsizlik qüvvələri "Minsk - Qəhrəman şəhər" stendinin yaxınlığında nümayişçiləri dağıdır, insanlar müxtəlif istiqamətlərə səpələnir.

 

 

Yüzlərlə nümayişçinin toplandığı "Frunzenskaya” metro stansiyası yaxınlığında da amansız həbslər davam edir. Dzerjinski prospektindəki "Renessans” mehnmanxanası yaxınlığında da saxlanılanlar var.

 

Bundan əlavə, Belarus paytaxtının müxtəlif rayonlarında, etirazçıların kütləvi şəkildə toplaşdığı yerlərdə saxlanılanlar barədə də durmadan məlumat gəlir.


 


* * * 15:59


RİA Novosti xəbər verir ki, Minskin mərkəzindəki İstiqlal prospekti yaxınlığında icazəsiz etiraz aksiyasının ən azı 10 iştirakçısı saxlanılıb.


Ağ-qırmızı-ağ bayraqlı etirazçıların böyük bir dəstəsi İstiqlal prospekti ilə hərəkət eddərək Qaliblər prospektinə və "Minsk - Qəhrəman şəhər" stendinə aparan Maşerov prospektinə dönüb. Bir müddət onları xüsusi texnika müşayiət edib.


Sonra təhlükəsizlik əməkdaşlarından ibarət bir qrup, ehtimal ki, Daxili İşlər Nazirliyi qoşunlarının xüsusi təyinatlı qüvvələri, etirazçıları yenidən Maşerov prospektindən İstiqlal prospektinə yönləndirib, etirazçılar yaxınlıqdakı həyətlərə səpələnib. Təhlükəsizlik qüvvələri bir sıra həbslər həyata keçirib. Agentlik müxbirinin verdiyi məlumata görə, ən azı 10 nəfər saxlanılıb.


 


* * * 15:38


Etirazçı kolonları müxalifətin "Qəhrəmanlar marşı” aksiyasına qoşulmaq üçün müxtəlif rayonlardan Minskin mərkəzinə doğru hərəkət edir. TASS xəbər verir ki, yolda onları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayır.


Beləliklə, təhlükəsizlik qüvvələri Dzerjinski prospektinin girişində bir neçə yüz nəfərlik karvanı dayandırılıb, bir neçə nəfər saxlanılıb.

 

Şahidlər Mayakovski küçəsində həbslər olduğu barədə xəbər verir. Frunzensk rayonunun sakinləri "Molodyojnaya”metro stansiyasından piyada gedirlər, Vesnyanka rayonundan olan nümayişçilər də onlara qoşulur. Şəhərin digər bölgələrindən, misalçün, "Partizanskaya”, "Traktornıy zavod”, "Pushkinskaya” və "Elmlər Akademiyası” metro stansiyalarından da əllərində ağ-qırmızı-ağ bayraqlar tutan etirazçılar axını gəlməkdədir.


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...