“Minsk qrupunun görəcəyi iş qalmayıb\" – Deputatdan açıqlama

“Minsk qrupunun görəcəyi iş qalmayıb\
Azərbaycan və Ermənistan xarici işlər nazirilərinin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Maraqlıdır, tərəflərin görüşü nə zaman baş tuta bilər? Minsk qrupu üzvləri və nazirlərin görüşündə hansı məsələlər müzakirə ediləcək?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Azər Badamov Minsk qrupunun həll edə biləcəyi münaqişəsnin olmadığını bildirib. Millət vəkili bu barədə dəfələrlə açıqlama verildiyini də diqqətə çatdırıb:

"Azərbaycan həmişə görüşlər üçün açıqdır. ATƏT-in Minsk qrupu üzlərinin 44 günlük müharibədən sonra Bakıya gəlişində də bildirilmişdi ki, həmsədrlər 28 il ərzində heç bir məsələni həll etmədi və Azərbaycan ordusu müharibə ilə münaqişəni həll etdi. Yəni bu o deməkdir ki, həmsədr ölkələr üçün görüləcək iş qalmayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də öz niyyətlərini bildirirlər ki, guya münaqişənin həll olunmasında rollarını ifadə etmək istəyirlər. Birinci onu qeyd etmək lazımdır ki, münaqişə yoxdur, münaqişə həll olub".
 
Deputat Minsk qrupunun görə biləcəyi işlər barədə də danışıb:

"Minsk qrupunun həmsədrləri əgər yardım etmək və ədalətli çıxış etmək istəyirlərsə, xalqların intqerasiyasına kömək etsinlər. Yəni həmsədrlər Azərbaycan ərazisində saxlanılmış erməni hərbi birləşmələrinin ölkəni tərk etməsində və azərbaycanlıların Xocalıya, Xankəndiyə, eləcə də digər ərazilərə qayıtmasında dəstəklərini ifadə edə bilərlər. Əgər onlar bu ifadələri işlətmirlərsə, demək, Minsk qrupunun heç bir rolu yoxdur və tərəflərin gələcəkdə əhəmiyyət daşıyacaqlarını düşünmürəm".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...