"Minsk Qrupunun fəaliyyətinin reanimasiya edilməsinə bizim ehtiyacımız yoxdur" - MÜSAHİBƏ

"Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması üçün Ermənistan qonşullarına qarşı ərazi iddialarından və eləcə uydurma "erməni soyqırımı” iddiasından imtina etməlidir".
 
 Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev gündəm məsələləri ilə bağlı Turkustan.az-ın suallarını cavablandırarkən deyib.

- Cavanşir müəllim, bəzi proqnozların əksinə olaraq, hazırda Rusiya sülhməramlı missiyasının nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində qondarma "müstəqillik günü” ilə bağlı hər hansı təntənəli toplantı olmadı. Ermənistan rəhbərliyi də tədbirlərə qatılmadı. Bu mənzərə, həm Ermənistan, həm də Qarabağdakı separatçı-terrorçu rejimin yeni reallıqları tam olaraq qəbul etməsi sayıla bilərmi?

- Həm Ermənistanın, həm də Xankındidə öz-özünü "dövlət qurumu” kimi təqdim edənlərin obyektiv reallığı qəbul etməkdən başqa yolları qalmayıb. Reallıq isə ondan ibarətdir ki, Qarabağ ərazisində heç zaman heç bir erməni dövləti olmayıb, yoxdur və heç zaman da olmayacaq. "Dağlıq Qarabağ Respublikası” adında heç bir siyasi - dövləti qurumun mövcud olmadığını, uzun illər siyasi rəhbərləri tərəfindən aldadıqlarını bu il həmin ərazidə yaşayan sadə erməni əhalisi də yəqin ki, anladı. Erməni siyasətbazlarının və millətçilərinin növbəti mifi - "Arsax” mifi də belə dağıldı.

- Son günlər həm Türkiyə, həm də Ermənistan tərəfindən dövlət başçıları səviyyəsində münasibətlərin qurulması yönündə mesajlar verilir. Bu mesajlaşmanı necə qiymətləndirirsiniz və perspektivini necə görürsünüz?

- Müsbət mesajların verilməsi hələ hadisələrin müsbət məcraya istiqamətlənməsi demək deyil. Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənisana hava-su kimi lazımdır. Dediyiniz mesajlar Ermənistan hakimiyyətinin bunu anladığını göstərir. Amma bütövlükdə Ermənistan siyasətinin buna hazır olması o qədər də inandırıcı görünmür. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması üçün Ermənistan qonşullarına qarşı ərazi iddialarından və eləcə uydurma "erməni soyqırımı” iddiasından imtina etməlidir. Hal-hazırda bu mövzuların Ermənistan siyasi gündəminə çıxarılması ölkədə qarşıdurmanı daha da gücləndirəcək və hökümət belə bir daxili konsensus yaratmağa nail olmayacaq. Ona görə də məncə, bu mövzu uzun müddət bəyanatlarda, çıxışlarda səslənəcək, amma yaxın vaxtlarda real həyata vəsiqə qazanması mümkün görünmür.

- Ermənistan rəhbərliyi bütün səviyyələrdə münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində, "tərəflərin əvvəl qəbul etdiyi prinsiplər əsasında” çözülməsini təşviq edirlər. Bu fikir, Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri zamanı da səsləndirildi. Bunda məqsəd nədir? Və bu üçtərəfli formatda aparılan danışıqlara, Rusiyanın təkbaşına vastiəçiliyinə etimadsızlıq sayıla bilərmi?

- Birincisi, ATƏT-in Minsk Qrupu çərçivəsində 30 ilə yaxın davam edən danışıqlarda heç bir prinsip qəbul olunmayıb. Sadəcə həmsədrlərin təklifləri mövcud olub, amma Azərbaycan tərəfi ölkənin ərazi bütövlüyündən başqa heç bir prinsipi məqbul hesab etməyib. Əgər həmin təkliflər Ermənistanı qane edirdisə, niyə Ermənistan danışıqlar prosesini mütəmadi olaraq pozurdu və danışıqlar aparmaq istəmirdi? İkincisi və ən əsası isə ondan ibarətdir ki, İndi Azərbaycanın Ermənistanla həmin mövzular üzrə danışıqlar aparmağına ehtiyac qalmayıb. İndiki mümkün danışıqların mövzusu tamamilə fərqlidir və bu danışıqlar Rusiya, Azərbaycan və Ermənistan hökümətləri arasında üçtərəfli komissiya formatında aparılır. Bu danışıqların məzmunu 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarının yerinə yetorilməsi ilə bağlıdır. Bu danışıqlar ləng də olsa gedir və ATƏT- in Minsk Qrupu formatına ehtiyac yoxdur. Ümumiyyətlə, ATƏT- in Minsk Qrupu öz missiyasını yerinə yetirə bilməyərək iflasa uğrayıb. Biz bölgə problemlərini elə ATƏT-siz daha obyektiv, daha səmərəli və daha tez həll edirik. Ona görə də Minsk Qrupunun fəaliyyətinin reanimasiya edilməsinə bizim ehtiyacımız yoxdur. Ermənistanın tez-tez Minsk Qrupuna istinad etməsi isə onların növbəti xam xəyalından başqa bir şey deyil.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“İran tanklarının üzərinə Xamneyinin bu fikirlərini yazmaqla…” - MÜSAHİBƏ

Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi. - Asif bəy, İran Azərbaycanla sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start ...

“Şuşa türk dünyasının ortaq dəyəri, ortaq mədəni irsidir” - Qazaxıstanlı jurnalistlə MÜSAHİBƏ

Qazaxıstanlı jurnalist Nurqali Yusifbayın Sfera.az-a müsahibəsi - Bir neçə gün öncə 100-dən çox qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğal...

“Azərbaycan istədiyi zaman havada, quruda və dənizdə...” – Türkiyəli general Yücel Karauzla MÜSAHİBƏ

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauzun Sfera.az-a müsahibəsi. - Sentyabrın 12-sindən Bakıda Azərbaycan, Türkiyə...

“Oğluma görə Bakıda bir il kirayədə qaldıq” - Ramin Bayramlının atası

TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı Qaynarinfo-ya müsahibə ver...

"Dedim, ay bala, niyə istefa verdin?" - Ramin Bayramlının atası ilə MÜSAHİBƏ

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etd...

“Monitorinq Mərkəzindən problem həll etməsini gözləmək doğru deyil” – Türkiyəli hərbi ekspertlə MÜSAHİBƏ

Qarabağdakı son durum, bölgədə gərginləşən münasibətlər sistemi və bundan çıxış yolları ilə bağlı Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağ...