Minlərlə terrorçu Qarabağa gəlib

Minlərlə terrorçu Qarabağa gəlib
 Ermənistan açıq-aşkar müharibəyə hazırlaşır. Ölkə hakimiyyətinin 90-cı illərin əvvəllərində sınaqdan keçirdiyi Yaxın Şərq ölkələrindən terrorçu və muzdlular cəlb etmək taktikasından istifadə etmək niyyətində olduğu artıq aydındır.
 
Beşinci ildir ki, İraq, Suriya və Livanın erməni icmaları ilə humanitar əməkdaşlıq, müharibə və fəlakətlər zamanı zərər çəkən qəbilədaşlarına yardım bəhanəsi ilə etnik ermənilərin bu bölgədən işğal altındakı Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilir. Bu aksiya özü-özlüyündə qanunsuzdur və işğalda olan ərazilərlə bağlı bir sıra beynəlxalq konvensiyaları pozur. Amma beynəlxalq ictimaiyyətdən yalnız Qafqaz bölgəsinin deyil, qonşu ölkələrin də təhlükəsizliyini pozmağa qadir olan daha cinayətkar bir proses gizlədilir - Ermənistan Yaxın Şərqin terrorçu təşkilatlarından işğal altında olan Dağlıq Qarabağa yaraqlılar daşıyır.

Haqqın.az-ın İraq hökumətinə yaxın etibarlı mənbələrdən alddığı məlumata görə, bu yay Ermənistanın İraqdakı səfiri Qraçya Poladyanın vasitəçiliyi ilə İrəvan rəhbərliyi İraqın kürd təşkilatlarının rəhbərləri ilə əlaqə quraraq onlarla PKK terror təşkilatı silahlılarının Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı razılaşma imzalayıb.
 
Q. Poladyanın Ermənistanın İraqdakı diplomatik təmsilçisi kimi cəmi iki il yarımlıq fəaliyyəti dövründə Kürd Muxtariyyətinə çoxsaylı səfərləri buna əyani sübutdur. Özü də bu səfərlər heç də yerli administrasiya ilə əlaqələr qurulması və Ermənistanın muxtariyyətin mərkəzi olan Ərbildə inşa edilən konsulluğunun tikinti prosesi ilə tanış olmaq xarakteri daşımırdı.
 
Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu ilin iyul ayında, Poladyanın muxtar vilayətə növbəti səfərlərindən biri zamanı muxtar vilayətin rəhbəri Nəçirvan Bərzaninin göstərişi ilə onun müşavirləri Həmən Həmrani vəFalah Mustafa kürd döyüşçülərini Qarabağa yollamaq üçün kanal yaratmağa kömək edə bilməyəcəklərini açıqlayıblar. Səfirin sözlərinə görə, kürd silahlıları orda Türkiyəyə qarşı mübarizə aparacaqdılar. İraq Kürdüstanının rəhbərliyi erməni diplomatın təklif etdiyi beynəlxalq avantüraya baş qoşmayıb.

Ərbildən istədiyini ala bilməyən səfir PKK-nın dayağı sayılan Süleymaniyyəyə gedib. Burada ona İrandan keçərək İraqa gələn erməni xüsusi xidmət orqanları və hərbi kəşfiyyatının nümayəndələri qoşulublar. Bu səfirin Süleymaniyyəyə ilk səfəri deyildi, buna qədər o artıq Bərzaninin rəqibi sayılan və Türkiyəyə düşmən münasibəti ilə seçilən Cəlal Təlabaninin Kürdistan Vətənpərvərlər İttifaqı ilə əlaqələr qurmağı bacarmışdı. Rusiya ilə yaxşı münasibətləri olan partiya sayəsində PKK ilə ünsiyyət yaradan səfirə, bu əlaqələrin qurulmağında Rusiya universitetlərindən birinin məzunu olan, Cəlal Təlabaninin qohumu Araz Şeyx Cəngi Təlabani kömək etmişdi.
 
Təlabanilərlə aparılan danışıqlardan sonra Poladyan iyulun sonu Süleymaniyyədəki "High Crest” otelində erməni deputatlarla Təlabani klanının görüşünü təşkil edib. Görüşdə Cəlal Təlabaninin oğlu Bafel Təlabani, Kürd Kəşfiyyat Xidməti "Zanyari”nin rəhbəri Laxur Şeyx Cəngi Təlabaninin (SEPAH-la əlaqələri olduğu güman edilir) də iştirak etdiyi vurğulanıb. PKK döyüşçülərinin Qarabağa göndərilməsi məsələsində razılıq əldə edilməsindən sonra erməni deputatlar İraqı tərk ediblər, amma Ermənistan əvəzinə İrana gediblər.
 
Bundan sonra İraqın şimalındakı PKK döyüşçüləri Süleymaniyyədən Qala-Çivan, Pəncivin, Arbat-Ava, Diala və Başmax yaşayış məntəqələrini keçərək, İraq-İran sərhədindəki Seyran-Band şəhərinə gəliblər. Sərhədi keçən döyüşçülər İranın Saqqiz yaşayış məntəqəsinə çatıblar. Buradan isə SEPAH-ın vasitəçiliyi ilə avtobuslara mindirilərək, Kirmanşahdan keçməklə Ermənistan və Qarabağ istiqamətində yola salınıblar.
 
Bəzi mənbələr bu kürd döyüşçülərinin sayının bir neçə min nəfər olduğunu açıqlayıblar.
 
Beləliklə, kürd yaraqlılarının İraqdan Qarabağa hərəkət marşrutu barədə məlumatlardan göründüyü kimi, Azərbaycanla yeni toqquşmalara yol açan Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti ilə yanaşı, Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın intensivləşməsi və dərinləşməsi bəzi region dövlətləri fəallaşdırıb və Qarabağ münaqişəsinin yeni eskalsiyasını tətikləyib...
 
Selcan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...