Minlərlə insanın ölümünə səbəb olacağı deyilən raketlə bağlı RƏSMİ AÇIQLAMA

Minlərlə insanın ölümünə səbəb olacağı deyilən raketlə bağlı RƏSMİ AÇIQLAMA
Çin nəzarətdən çıxan raketlə bağlı açıqlama verib.
 
Sfera.az-ın məlumatına görə, Çinin xarici işlər nazirinin rəsmisi Vanq Venbin qeyd edib ki, raket parçalarının çoxu yenidən atmosferə girərək yanacaq. Onun sözlərinə görə, buna görə də raketin dünyaya zərər vurma təhlükəsi çox azdır. Qurum rəsmisi həmçinin mövcud vəziyyətlə bağlı xalqa məlumat veriləcəyini də bildirib. 

Qeyd edək ki, Çinin ötən həftələrdə kosmosa göndərdiyi "Long March 5b" raketi istiqamətini dəyişib. Mütəxəssislərin bu barədəki xəbərdarlıqlarında 21 tonluq raketin nəzarətdən çıxdığı, planlaşdırılmayan ərazilərə düşə biləcəyi bildirilmişdi.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR