\"Minimum əmək haqqının DSMF-yə ödəniş üçün əsas yaratması ləğv edilsin!” - TƏKLİF

\
"Minimum əmək haqqının artması halında fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödədiyi ödənişlərin də artacaq”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ölkədə DSMF-yə ödənişlər fərdi sahibkarlar üçün minimum əmək haqqının məbləğinə bağlıdır:

"Qanunvericilikdə bu maddə var: Sosial Sığorta Haqqında Qanunun 14.5.1-ci maddəsinə əsasən, fərdi sahibkarlar 1 aprel 2020-ci il tarixinədək sahibkarlıq fəaliyyəti üzrə minimum əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdilər. 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 25 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 15 faizini ödəməlidirlər. Ölkədə rəsmi məlumatlara görə 1,1 milyon insan fərdi sahibkarlıqla məşğul olmaq üçün qeydiyyatdan keçib. Təbii ki, bunların hamısı fəaliyyətdə deyil, amma 800 minə yaxın aktiv DSMF ödəyicisi var. Təsəvvür edin ki, minimum əmək haqqı 30% artsa, avtomatik olaraq DSMF-yə ödənişlər də artacaq”.

İqtisadçı qeyd edib ki, qanunda nəzərdə tutulan bu bağlantı kökündən yanlışdır:

"Təsəvvür edin ki, kimsə Bakıda fərdi sahibkar kimi ticarətlə, və ya tikinti ilə məşğuldur, ay ərzində 300 manat dövriyyəsi olub, əgər minimum əmək haqqı 30% artsa, bunun DSMF-yə ödənişi 162 manat 50 qəpik təşkil edəcək – belə də ödəniş olar?! Digər sahələrdə də eyni vəziyyətdir, VÖEN-lə çalışanlar DSMF-yə ödənişlərdən əziyyət çəkirlər. Minimum əmək haqqının artımı onlara birbaşa təsir göstərir. Ona görə də təcili şəkildə qanunvericilikdə dəyişiklik edilməli, fərdi sahibkarların DSMF-yə ödənişlərinin minimum əmək haqqına ödənişlərə təsiri, bağlantısı aradan götürülməlidir.  Fərdi sahibkarlar üçün ya fiksə edilmiş ödəniş olmalı (məsələn, aya 25 manat), ya da dövriyyəsindən, gəlirlərindən asılı olaraq ödənişlər dəyişməlidir (məsələn, 1000 manata qədər 25 manat, 1000-2000 arası 50 manat, 2000-3000 arası 75 manat və s.)  Bir sözlə, minimum əmək haqqının DSMF-yə ödəniş üçün əsas yaratması ləğv edilməlidir!”.

N.Cəfərlinin sözlərinə görə, vətəndaş onsuz da təqaüd sisteminə inanmır, bu qədər yüksək ödənişlər isə, onun üçün əlavə yük gətirir:

"Bundan başqa özəl təqaüd fondlarının yaranmasına, fəaliyyətinə mane olan süni əngəllər aradan qaldırılmalı, dövlətin bu sahədə də qurduğu təbii inhisarçılıq ləğv edilməlidir. Özəl təqaüd fondları ilə vətəndaşlar arasındakı müqavilələr sərbəst olmalı, qarşılıqlı fayda əsasında müqavilələr bağlanmalıdır.  İkinci məsələ isə odur ki, belə primitiv iqtisadi modeldə əmək haqqının və təqaüdlərin artımı mütləq qiymətləri də artıracaq, inflyasiyanı yüksəldəcək. Keçən ilin sentyabr ayına nisbətən bu ilin sentyabında insanların nominal gəlirləri cəmi 2% artıb, amma ərzaq qiymətləri isə 2020-nin sentyabrına nisbətən bu ilin sentyabrında 10%-ə yaxın artıb. Yəni, inflyasiya insanların nonimal gəlir artımını "yeyib”, hətta real gəlirlərinin də kəskin azalmasına səbəb olub ki, bu da yoxsulluğun artması deməkdir. Deməli, tək əmək haqqının və təqaüdün artırılması yetərli deyil, həm də iqtisadi sistemdə ciddi dəyişiklik olmalıdır ki, artım inflyasiyanın "yemi” olmasın”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...