Minimum əmək haqqının artımı hansı sahələrə şamil olunacaq? - SİYAHI

Minimum əmək haqqının artımı hansı sahələrə şamil olunacaq? - SİYAHI
Azərbaycanda 2022-ci ildə minimum əmək haqqının 250 manatdan 300 manata qədər artırılması nəzərdə tutulub. 

Report.az-ın yaydığı məlumata görə, bu məsələ "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində öz əksini tapıb. 

Xatırladaq ki, sonuncu dəfə minimum əmək haqqı 2019-cu ilin sentyabrın 1-də artırılıb.
 
Bəs, minimum əmək haqqının artırılması hansı sahələrdə çalışan muzlu (əmək haqqı müqaviləsi əsasında – red.) işləyən insanlara şamil ediləcək?
 
Sfera.az bu barədə kiçik araşdırma aparıb:

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,685 milyon nəfərdir. Onların 900,6 min nəfəri dövlət sektorunda, 784,3 min nəfəri özəl sektorda işləyir. 
Bu qərardan daha çox dövlət sektorunda çalışanlar faydalanacaq. Dövlət sektorunda işləyənlərin əksər hissəsini dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar təşkil edir. Burada xüsusi qaydada əmək haqqı alanlar istisna olmaqla digər bütün sahələrdə çalışanların maaşı artırılacaq. Bunlar Vahid Tarif Cədvəli üzrə maaş alanlardır. 

Vahid Tarif Cədvəli üzrə maaş alanlara aşağıdakı sahələr aiddir:

- elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;

- dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər;

- dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları;

- dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);

- dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, İcra Hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.

Bu sahələrdə təxminən 450 min insan çalışır. Bundan başqa özəl sektorda çalışan və minimum əmək haqqı səviyyəsində maaş alan 165 mindən artıq insanın da maaşı artırılacaq. 

Beləliklə, minimum maaşının artırılmasından ümumilikdə 610 mindən çox muzdlu işçi faydalanacaq. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...