Mingəçevirdə qonşuların davasında iki nəfər xəsarət alıb
23:00 / 25.10.2020
4120
Mingəçevirdə qonşular arasında dava düşüb, xəsarət alanlar var.
Sfera.az xəbər verir ki, hadisə Yeni Həyat köçkün qəsəbəsində baş verib.
Mübahisə və münaqişə zəminində 4-5 qonşunun iştirakı ilə kütləvi dava düşüb. Hadisə nəticəsində biri yüngül olmaqla iki nəfər xəsarət alıb. 1986-cı il təvəllüdlü Ağdam rayon sakini Əliyev Nofəl Famil oğlu və onun xanımı Əliyeva Bəyaz Yusif qlzı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
(apa)