Mingəçevirdə azyaşlının üstünə qaynar su dağıldı
22:03 / 27.01.2021
2335
Mingəçevirdə 6 yaşlı qız qaynar çaydanı üzərinə aşırıb.
Sfera.az-ın məlumatına görə, hadisə Əkinçi küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.
2015-ci il təvəllüdlü şəhər sakini Abdullayeva Türkay Elvin qızı qaz sobası üzərində dayanan qaynar suyu dağıdıb. Çoxsaylı yanıq xəsarətləri alan körpə xəstəxanaya yerləşdirilib. (APA)