Mingəçevir su anbarında BƏDBƏXT HADİSƏ: ölən var - YENİLƏNİB

Mingəçevir su anbarında BƏDBƏXT HADİSƏ: ölən var - YENİLƏNİB
19:54

Yevlax rayonunun Xanabad kəndində su anbarında çimərkən batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Sfera.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyat saat 18:48-də başa çatıb.

------------

19:06

Mingəçevir su anbarında bir nəfər batıb.
Sfera.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.
 
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.
 
Əlavə məlumat veriləcək.   



OXŞAR XƏBƏRLƏR