Mingəçevir ŞİH \"köşk qalmaqalı\"na aydınlıq gətirdi - RƏSMİ AÇIQLAMA

Mingəçevir ŞİH \
"Bu günlərdə "Kanal13” televiziyasında "Qarabağ əlili İcra başçısının cəzalandırılması üçün Prezident İlham Əliyevə müraciət etdi” başlığı altında Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Mingəçevir filialının sədri, II qrup Qarabağ əlili Cəfərov Oktay İsa oğlunun Prezidentə müraciətində göstərdiyi "şəhər İcra Hakimiyyəti başçısının  Qarabağ Müharibəsi iştirakçılarına, qazilərinə və şəhid ailələrinə  ögey və qaba münasibəti barədə, həmçinin sahibkar Babək Abdullayevin dönər köşkünün sökülməsi barədə” fikrinə cavab olaraq bildiririk ki, çıxışda göstərilənlər şər və böhtandır, həqiqətə uyğun deyil".
 
Sfera.az bildirir ki, bu barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Şəhid ailələri və qazilərə həmişə diqqət və qayğı göstərilir:

"Onların müraciətləri zamanı şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları  və  şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən qəbul olunur və lazım gəldikdə şəhər İcra Hakimiyyəti başçısının qəbuluna aparılır və onlara müvafiq köməkliklər göstərilir. Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələri və qazilərin problemləri diqqətdə saxlanılır".  

Mingəçevir ŞİH tərəfindən Oktay Cəfərovun digər bir iddiasına da aydınlıq gətilirib:

"Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun kiçik sahibkar Babək Abdullayev tərəfindən özünün istifadəsində olan çayxananın ərazisinə dönər köşkü qoyması və beş nəfəri işlə təmin etməsinə baxmayaraq, həmin köşkün götürülməsini tələb etməsi barədə müraciəti ilə əlaqədar bildiririk ki, B.Abdullayevin köşk qoyduğu torpaq sahəsi onun istifadəsində deyil, Bəkirov Rafiq Bahadil oğlunun icarəsindədir.  Həmin ərazidə dönər köşkünün özbaşına qoyulması  şəhərin memarlıq görünüşünə xələl gətirir. Həmçinin, o, icarəyə verilmiş torpaq sahəsində deyil, ümumi istifadədə olan torpaq sahəsindədir. Bundan əlavə həmin dönər köşkü yaşayış binasına çox yaxındır ki, bu da həmin binada yaşayan sakinlərin narazılığına səbəb olur, belə ki, gün ərzində köşkdən gələn spesifik qoxu sakinlərin mənzillərinə daxil olur. 

Həmin köşkün könüllü götürülməsi üçün dəfələrlə Babək Abdullayevə edilən xəbərdarlıqlara məhəl qoymamış və Oktay  Cəfərovun televiziyada belə çıxışını təşkil etməklə şəhər İcra Hakimiyyətinin başçısına təzyiq göstərmək, onu qanuni hərəkətlər etməkdən çəkindirmək məqsədi güdməsi özünü biruzə verir".
 
Sonda vətəndaşların ümumi istifadə yerinə B.Abdullayev tərəfindən özbaşına qoyulmuş dönər köşkünün götürülməsi ilə bağlı Şəki Kommersiya Məhkəməsində Mingəçevir Bələdiyyəsi tərəfindən iddia qaldırıldığı qeyd olunub. 
 



OXŞAR XƏBƏRLƏR

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...