Minalanmış ərazilərin xəritəsi məsələsi MDB PA-da qaldırıldı

Minalanmış ərazilərin xəritəsi məsələsi MDB PA-da qaldırıldı
"Zorakı ekstremizmə qarşı addımların mühüm istiqaməti silahlı münaqişələrin həllidir. Azərbaycan da ötən il torpaqlarını azad edərkən bu problemlə üzləşib. Yəni mövcud pandemiya dövründə bütün ölkələr çarə axtararaq birləşməyə çalışarkən Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribata əl atdı, yeni ərazilər ələ keçirməyə çalışdı. Münaqişə bölgəsinə dünyanın müxtəlif yerlərindən, əsas etibarilə Suriya, Livan, Avropa ölkələrindən erməni terrorçular axışırdı”.

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyası çərçivəsindəki iclasda deyib.

Azad edilmiş torpaqlarda minalanmış ərazilərin xəritəsinin hələ də təqdim olunmaması məsələsini qaldıran Milli Məclis sədri iştirakçı ölkələri bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırıb: "Hazırda minalardan təmizləmə işləri görülür və bu əsnada insanlar həlak olur. Ermənistan beynəlxalq hüquq çərçivəsində mükəlləfiyyətini yerinə yetirərək minalanmış ərazilər xəritəsini təqdim etsəydi, o insanlar ölməzdi. Məcbur olub bildirməliyəm ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir”.

S.Qafarova 44 gün davam etmiş Vətən müharibəsi vaxtı Azərbaycanın işğalçıları layiqincə geri oturtduğunu xatırladıb: "Artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bu yerdə 10 noyabr sazişinin imzalanmasında iştirak etmiş Rusiyanın xüsusi rolunu vurğulamaq istərdim”.

Pandemiyanın ilk günlərindən Azərbaycanın koronavirusa qarşı mübarizənin ön sıralarında olduğunu diqqətə çatdıran Milli Məclis sədri daha sonra qeyd edib: "Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində maliyyə yardımı, 30-dan artıq ölkəyə COVID-19-a qarşı müxtəlif vasitələr şəklində humanitar yardımlar göstərib. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələsinə həsr olunmuş xüsusi sessiyası da keçirildi”. // "Report"

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə he...

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə&...

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

"Bavariya" Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.   Sfera.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubun...

Doktoranturaya elektron sənəd qəbuluna BAŞLANDI - YENİLƏNDİ

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.   Sfera.az xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparıl...

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri MÜZAKİRƏ ETDİLƏR

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.   ...

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.   Sfera.az xəbər verir ki, tədbirdə bir sı...