Min manatlıq ətir vuran Günay: “Ulduz həyatı yaşamasaq, bizə hörmət qoymazlar” - FOTO

Min manatlıq ətir vuran Günay: “Ulduz həyatı yaşamasaq, bizə hörmət qoymazlar” - FOTO
 Müğənni Günay İbrahimli "Xəzər TV”də yayımlanan "5/5” axşam şousunda maraqlı açıqlamaları gündəmə səs salıb.

Sfera.az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal şouya qatılan sənətçiyə "Vurduğun ətir bizi valeh etdi. Ətrin markası hansı və qiyməti nə qədərdir?” sualı ilə müraciət edib.
 
İbrahimli utanaraq bu cavabı verib: "Vurduğum ətir "Jo Malone” markasının ən son kolleksiyasındandır. Qiyməti isə 1000 manatdır”.

Aparıcının "Əsl ulduz necə olmalıdır?” sualına Günay "Əsl ulduz həyatını Xalq artistləri Aygün Kazımova və Röya Ayxan yaşayır”, - deyərək, fikirlərini belə davam etdirib:

"Ulduz həyatı tamam başqa cür olur. Biz də bu həyatı yaşayırıq. Ulduz həyatını yaşamasaq, bizə hörmət qoymazlar. Ulduzluq insanın içindən gəlir. Artıq uzaqdan gələndə hiss edirsən ki, ulduz gəlir. Ulduz işığı olmalıdır. O işıq ya var, ya da ki olmur”. (oxu.az)

OXŞAR XƏBƏRLƏR