Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızdı

Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızdı
"Android” əməliyyat sistemi üçün nəzərdə tutulan pulsuz VPN işlədən 21 milyondan çox istifadəçinin şəxsi məlumatları internetə sızıb.

Sfera.az xəbər verir ki, söhbət əsas auditoriyası internet-resursların əngəlinin mütəmadi olduğu Rusiya, Çin və Yaxın Şərq dövlətləri olan "Super VPN”, "Gecko VPN” və "Chat VPN” proqramlarından gedir.

Bildirilib ki, informasiya bazasında e-poçt ünvanları, login və şifrələr, habelə premium hesablar üçün ödənişlər barədə məlumatlar var. Bəzi hallarda cihazlar haqqında da məlumat mövcuddur – onların modeli və seriya nömrələri.

Mütəxəssislərin fikrincə, bu məlumatlar fişinq göndərişləri, habelə istifadəçinin veb-sessiyalarının məlumatlarını ələ keçirmək və şəbəkə üzərindən onlara ötürülmüş parolları və bank kartı məlumatlarını oğurlamaq üçün istifadə edilə bilər.

Xatırladaq ki, Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda sentyabrın 27-dən noyabrın 12-dək internetin fəaliyyətində məhdudiyyətlər və fasilələr tətbiq edilirdi. Həmin ərəfədə ölkədə məhdudiyyətdən yayınmaq üçün minlərlə smartfon istifadəçisi pulsuz VPN proqramlarına üz tutub. (Report)

OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...