Milyarder puluna belə qənaət edir – İNANILMAZ FAKTLAR

Milyarder puluna belə qənaət edir – İNANILMAZ FAKTLAR
Pula qənaət etmək üçün "second-hand” mağazalarından, bazarlardan geyim almağa üstünlük verirəm.
Oxu.Az "The Guardian” nəşrinə istinadən xəbər verir ki, bunu adı dünyanın ən varlı insanlarının siyahısına daxil edilən İKEA korporasiyasının sahibi, biznesmen İnqvar Kamprad bəyan edib.
"Mənim yeni aldığım əşyalarım olduğunu düşünmürəm, hər şeyi bazardan alıram. Mən bununla müsbət nümunə olmaq istəyirəm”, - Kampard bildirib.
Bu milyarderin qənaətcillik barədə ilk bəyanatı deyil. Belə ki, 2008-ci ildə isveç nəşrinə verdiyi müsahibəsində o, Amsterdamda bərbərin saç kəsimi üçün ondan 22 avro istədiyini bildirib.  
Milyarder həmin hadisədən sonra yalnız inkişafda olan ölkələrə səfərlər zamanı saçını kəsdirdiyini bildirib.
Qeyd edək ki, İKEA – Niderlandın istehsalat-ticarət şirkətidir (baş ofisi Cənubi Hollandiyada Delft şəhərindədir). Təsisçisi isveç sahibkarı İnqvar Kampraddır.
O, öz işinə 1943-cü ildə başlayıb, 1948-ci ildə artıq İsveçdə ilk mağazasını açıb. Korporasiyanın adı onun şəxsi İnqvar Kamprad (İK), Elmtarys (E)- ailə fermasının və oxuduğu Agunnaryd (A) kəndin adının baş hərflərindəndir.
Hazırda Kamprad dünyanın ən varlı insanlarından biridir. 2010-cu ildə onun sərvəti 23 milyard dollardan ibarət idi, bu isə ona "Forbes” reytinqində 11-ci yeri təmin edirdi.
O, həmçinin dünyanın ən zəngin xeyriyyə təşkilatı olan Stichting İNGKA Foundation Niderlandiya fondunun sədridir, onun aktivləri 36 milyard dollara çatır.

OXŞAR XƏBƏRLƏR

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...