Milyarder Fərhad Əhmədovdan örnək addım: Qarabağ müharibəsi bitənə qədər “hər əsgərə bir bağlama\" kampaniyası
Azərbaycan əslilli rusiyalı milyarder, Rusiyanın keçmiş senatoruFərhad Əhmədov Qarabağdakı müharibə ilə əlaqədar Azərbaycan xalqına müraciət edib.
Sfera.az xəbər verir ki, Fərhad Əhmədov ölkəyə gələrəkAzərbaycan ordusuna dəstək və yaralı Azərbaycan əsgərlərinin müalicə olunduğu xəstəxanalara yardım kampaniyası başladıb. Fərhad Əhmədov bağlamaların qablaşdırılmasında şəxsən iştirak edir.
Onun Facebookdakı rəsmi səhifəsində dərc edilmiş müraciətini təqdim edirik.
"Əziz həmvətənlər!
Bütün azərbaycanlıların vahid şəkildə birləşib, təcavüzkarlar tərəfindən zəbt edilmiş əzəli torpaqlarımızın işğaldan azad edilməsini başladan Azərbaycan Ali Baş Komandanı və Ordusunu dəstəkləmək vaxtıdır.
Azərbaycanlılar yad torpaqlara gəlməyiblər, azərbaycanlılar bütün yollarla qanunsuz işğalı əbədiləşdirməyə cəhd etmirlər, azərbaycanlılar onilliklər ərzində danışıqları pozmayıblar və beynəlxalq vasitəçiləri görməzdən gəlməyiblər.
Bizim düşmənlərimiz ermənilər deyil, bizim düşmənlərimiz bilərəkdən həlli dalana dirəyən, bütün nəsli nifrət və illüziyalarla tərbiyə edən avantüristlərdir. Mənim fikrim, hislərim və dualarım bu gün haqq savaşı aparan əsgərlərimiz və zabitlərimizlədir. Haqq bizim tərəfimizdədir və demək, qələbə bizimlə olacaq”, – deyə o bildirib.
Sözügedən müraciətin ardından milyarder sahibi olduğuAzNar QSC-yə məxsus bağlamaların və əsgərlərə lazım olan digər məhsulların orduya göndərilməsi kampaniyasını başladıb.
Üç gündür ki, AzNar QSC-də Fərhad Əhmədovun rəhbərliyi altında hərbi hissələrə və xəstəxanalara yardım bağlamaları göndərilir. Bağlamalarda AzNar tərəfindən istehsal olunan meyvə suları və qida məhsullarından başqa əsgərlər üçün zəruri olan nəsnələr - siqaret, corab, ülgüc və s. də var.
Son üç gündə göndərilən bağlamaların ümumi dəyəri 100 min manatı keçib və yaxın günlərdə bu məbləğ 250 min manata çatdırılacaq. Fərhad Əhmədovun tapşırığı iləbu kampaniya Qarabağdakı müharibənin sonuna qədər davam edəcək.
Bu arada, Azərbaycan əsgərləri üçün hazırlanan bağlamaların qablaşdırılmasında iş adamı şəxsən iştirak edir.
Qeyd edək ki, Fərhad Əhmədov Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınır. İş adamı hər il Azərbaycanda xeyriyyə işlərinə milyonlarla dollar xərcləyir. (haqqın.az)
Selcan
Sfera.az