Millinin əksər futbolçularının transfer qiymətləri artdı - SİYAHI

Millinin  əksər futbolçularının transfer qiymətləri artdı - SİYAHI
Azərbaycan millisində çıxış edən futbolçuların yeni transfer qiymətləri açıqlanıb.

Sfera.az  "Transfermarkt" saytına istinadən xəbər verir ki, komandanın heyətində yer alan oyunçuların əksəriyyətinin dəyəri 2021-ci il göstəriciləri ilə müqayisədə artıb.

Siyahıda göstərilən 24 oyunçudan yalnız "Sumqayıt"ın müdafiəçisi Tellur Mütəllimovun qiyməti 450 min avrodan 400 min avroya düşüb. 12 nəfərin qiymətinin artdığı siyahıda 11-i dəyişməz qalıb.

"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyevin dəyəri 300 min avro artaraq 800 min avroya çatıb. "Köhlən atlar"ın hücumçuları - Ramil Şeydayev və Rüstəm Əhmədzadənin də qiymətlərində dəyişiklik olub. Şeydayevin bazar dəyəri 450 mindən 600 min avroya, Əhmədzadənin isə 200 mindən 300 min avroya qalxıb.

Transfer dəyəri 400 min avro olan "Zirə"nin qolkiperi Mehti Cənnətovda 100 min avroluq artım qeydə alınıb. "Qartallar"ın 19 yaşlı müdafiəçisi Cəlal Hüseynovun qiyməti 150 mindən 300 min avroya çatıb. Onun komanda yoldaşı Coşqun Diniyev də 100 minlik artım qeydə alınıb - 450 min avro.

"Neftçi"nin müdafiəçisi Mert Çelik (250 min - 350 min avro) və "ağ-qaralar"ın yeni transferi Azər Salahlının (350 min - 400 min avro) dəyəri müsbət yöndə dəyişib. Son ölkə çempionunun kapitanı Emin Mahmudovun qiyməti 1 milyondan 1,2 milyon avroyadək yüksəlib.

Polşanın "Visla" (Plotsk) komandasında çıxış edən Anton Krivotsyukun qiyməti isə 800 mindən 1 milyon avroya çatıb. Legioner həyatı yaşayan digər futbolçu Renat Dadaşovun da qiymətində artım qeydə alınıb. Müqavilə ilə İngiltərə "Vulverhempton"una məxsus olan və icarə əsasında Portuqaliya "Tondela"sında çıxış edən 23 yaşlı hücumçunun qiyməti 100 min avro artaraq 400 min avroya çatıb.

Qeyd edək ki, yığmanın digər futbolçularının qiymətində dəyişikliklər olmayıb.

OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...