İdman

Millinin baş məşqçisi: “Polşa bütün komponentlərdə bizi üstələdi”

Millinin baş məşqçisi: “Polşa bütün komponentlərdə bizi üstələdi”
 "Rəqibin gücünə əsasən, oyunun çətin keçəcəyini gözləyirdik. Bilirdik ki, Polşa millisi oyunu meydanın bizə aid hissəsində keçirəcək. Buna hazır idik. Oyunumuzu məhz bunun üzərində qurmuşduq”.

Sfera.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, Polşa millisinin güclü rəqib olduğunu vurğulayıb: "Əks-hücumlarda istəyimizə çatmaq istəyirdik. Oyunun əlavə vaxtında buraxdığımız qollar bizim üçün yaxşı hal deyil. Gənc komandayıq.

Bu cür beynəlxalq oyun təcrübəmizin olmaması özünü büruzə verdi. Rəqib isə illərdir Dünya Çempionatının, Avropa Çempionatının seçmə mərhələsində iştirak edir. Biz isə ilk dəfədir seçmə mərhələdə mübarizə aparırıq. Polşa komandası bütün komponentlərdə bizi üstələdi və qələbə qazandı”.

Qeyd edək ki, bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

D qrupunda yer alan yığmamız 4-cü sınağında Bakıda Polşa seçməsi ilə qarşılaşıb. "ASK Arena"dakı görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

(report)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930