Millimizin sabiq baş məşqçisi vəfat etdi - FOTO

Millimizin sabiq baş məşqçisi vəfat etdi - FOTO
Azərbaycan idmanına ağır itki üz verib.

Sfera.az xəbər verir ki, boks üzrə milli komandanın sabiq baş məşqçisi Məmməd Eyvazov 69 yaşında dünyasını dəyişib.

M.Eyvazov 17 noyabr 1951-ci ildə dünyaya gəlib. O idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın Əməkdar Məşqçisi, Fəxri Bədən tərbiyəsi və İdman İşçisi, Azərbaycan Respublikasının Əməkdar İdman Xadimi, Prezident Təqaüdçüsü və Tərəqqi medalları ilə təltif olunub. Uzun illər (2001-2008-ci illər) Azərbaycanın Boks üzrə milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında yığmamız dünya və Avropa çempionatlarından vətənə bir çox medallarla qayıdıb. Məmməd Eyvazovun rəhbərliyi ilə komanda Afina 2004 Yay Olimpiya Oyunlarından vətənə 2 bürünc medal gətirib.

M.Eyvazov Azərbaycana dönməmişdən qabaq bir neçə il Türkiyədə çalışıb və onun rəhbərliyi altında tələbəsi Malik Bəyləroğlu 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Türkiyə adına gümüş medal qazanıb.

OXŞAR XƏBƏRLƏR

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...