Millimizin sabiq baş məşqçisi: \"Maaşla bağlı nə lazımdırsa, etməyə hazırıq\"

Millimizin sabiq baş məşqçisi: \
 

"Futbolçulara evdə məşq proqramları verdik. Bəzilərində velosiped var, ondan istifadə edirlər”.

Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Kayserispor” klubunun baş məşqçisi Robert Prosineçki "A Spor”a açıqlamasında deyib.

51 yaşlı mütəxəssis bəzi futbolçuların səhər tezdən bazaya girmədən stadionlarda qaçaraq məşq etdiklərini söyləyib: "Hazırda futbolçuların sağlamlığı daha önəmlidir. Bu dönəmin daha tez bitməsini və həyatın normala qayıtmasını istəyirik. Futbolçuların hamısı koronavirus testindən keçdi və nəticəsi mənfi oldu. Oyunçuların vəziyyəti yaxşıdır, hər hansı birinin şikayəti yoxdur”.

Xorvatiyalı baş məşqçi maaşların azaldılması ehtimalına da münasibət bildirib: "Hazırda klub prezidenti ilə belə bir danışığımız olmayıb. Bu vəziyyətin düzələcəyini düşünürük. Bütün klublar pis vəziyyətdədir, nə lazımdırsa, etməyə hazırıq”.

Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisinə 2014 - 2017-ci illərdə rəhbərlik edib.


OXŞAR XƏBƏRLƏR

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...