No Image
No Image

Millimizin sabiq baş məşqçisi istefaya göndərildi

Millimizin sabiq baş məşqçisi istefaya göndərildi
Türkiyənin "Denizlispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.

Sfera.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Dənizli təmsilçisi 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqada keçirdiyi 8 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2014 - 2017-ci illərdə Azərbaycan millisinə başçılıq etmiş Robert Prosineçki cari mövsümün əvvəlində "Denizlispor"a baş məşqçi təyin olunub.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR