Millimiz Qətərə məğlub oldu- YENİLƏNDİ

Millimiz Qətərə məğlub oldu- YENİLƏNDİ
 19:50
 
Beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Qətər və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Sfera.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Elamin, 16. Khoukhi, 15. Al Rawi, 7. Alaaeldin, 23, Al Haj Madibo, 20. Abdulsalam, 4. Waad, 10. Al Haydos (k), 19. Ali

Azərbaycan: 1. Emil Balayev, 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev,

Bu gün Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.
 
***
 
Azərbaycan-Qətər oyunun birinci hissəsi başa çatıb.

Azvision.az xəbər verir ki, ilk hissədən sonra hesab 1:0 millimizin xeyrinə başa çatıb.

Matçın 16-ci dəqiqəsində millimizin hücumçusu Ramil Şeydayev rəqibin qapısına yol tapıb. O, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

***
 
Bu gün Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Qətər yığması ilə üz-üzə gəlib.

Azvision.az verir ki, Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən qarşılaşmada yığmamız 1:2 hesabı ilə məğlub olub.



OXŞAR XƏBƏRLƏR