Millimizin heyəti AÇIQLANDI

Millimizin heyəti AÇIQLANDI
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sfera.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva siyahıya 18 oyunçu daxil edib. Onlardan 4-ü legionerdir.

Komanda fevralın 25-də Bakıda təlim-məşq toplanışına start verəcək. Ölkə xaricində çıxış edən futzalçılar toplanışa fevralın 28-dən qoşulacaqlar.

Dəvətlilərdən 8-i Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, Hadi Ahmadi, Amir Şocayi "Araz-Naxçıvan”ı, Emin Kürdov və Tofiq Mikayılov və Samir Həmzəyev "Ekol”u, Oktay Rüstəmli və Cavad Məmmədov "Neftçi”ni təmsil edir.

Daha 4 futzalçı - Tiaqo Teles Martins ("FC Salines Tuzla”, Bosniya və Herseqovina), Eduardo Borges (ACCS FUTSAL, Fransa), Everton Kardozo ("Levante U.D.”, İspaniya), Rafael Vilela ("Palma Futsal”, İspaniya) legioner, Oliveyra Da Nasimento isə klubsuzdur.

Qeyd edək ki, Azərbaycan millisi martın 4-də Bakı İdman Sarayında Moldavanı qəbul edəcək. Komanda 5 gün sonra Çoreskuda eyni rəqiblə üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...