Millimizin futbolçusu evləndi - FOTOLAR
22:50 / 05.01.2021
5315
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və "Sabah" klubunun üzvü Ozan Can Kökçü ailə qurub.
Sfera.az xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib. Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.
Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, "Sabah"a isə 2019-cu ildən cəlb olunub. Onun qardaşı Orkun Kökçü Türkiyənin əsas millisində və Niderland "Feyenord"unda forma geyinir.