Millimiz məğlubiyyətlə başladı
22:37 / 17.09.2021
1477
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün DÇ-2023-ün seçmə mərhələsində ilk oyununa çıxıb.
Sfera.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Rusiya ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Azərbaycan millisi seçmə mərhələnin E qrupunda Rusiya ilə yanaşı, Danimarka, Bosniya və Herseqovina, Monteneqero və Malta ilə mübarizə aparacaq.
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
17 sentyabr
Rusiya – Azərbaycan 2:0
Qollar: Marina Fedorova, 42. Nelli Korovkina, 75.
Baş hakim: Viola Raudzina (Latviya)