Millimiz iki pillə gerilədi

Millimiz iki pillə gerilədi
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sfera.az  xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi iki pillə geriləyib.

Hazırda yığma 1175 xalla 114-cü sırada qərarlaşıb. Geriləməyə səbəb yığmanın Millətlər Liqasının III turunda səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzması və Kiprlə qolsuz heç-heçə etməsidir.

Millinin rəqiblərindən 1225 xala malik Kipr seçməsi bir pillə - 99-cu yerə enib. Əvəzində 1247 xalı olan Lüksemburq 2 pillə irəliləyərək, 95-ci sıraya yüksəlib. Monteneqro isə 1369 xalla 1 pillə irəliləyərək, 64-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1752) və Braziliya (1725) qərarlaşıb. 1486 xalı olan Türkiyə millisi isə 3 pillə geriləyərək 33-cü sırada yer alıb.

OXŞAR XƏBƏRLƏR