Milli valyutalar dollar qarşısında dəyər itirir: Türk lirəsindən sonra rubl da...
11:25 / 30.11.2021
800
"Azərbaycanın əsas
ticarət tərəfdaşlarında milli valyutalar son 1 ayda hiss edilən dərəcədə
dollara nisbətən zəifləyib. Həm ümumi xarici ticarətdə, həm də qeyri-neft
ixracatında 2-ci ən böyük tərəfdaşımız olan qardaş Türkiyədə noyabr ayında
dollara nisbətən 9.5-dən 12.5-dək geriləyən lirə son ayda 22 faiz dəyərsizləşib”.
Sfera.az xəbər
verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat hesab
edir ki, başa çatmaqda olan ay qeyri-neft ixracatımızda əsas ticarət tərəfdaşımız
olan və ən çox məhsul idxal etdiyimiz Rusiya rublu üçün də arzuolunan olmayıb: "Noyabrda
dollara nisbətən 70.8 məzənnəsi ilə başlayan rubl ayın sonuncu günü birjalara
75.0 kursu ilə çıxarılıb. Bu 1 ayda Rusiya rublunun ABŞ puluna nisbətən 6 faizə
yaxın ucuzlaşması deməkdir.
Azərbaycanın əsas
ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dolları noyabr rəqabətində
uduzub. Noyabr ayına dollara nisbətən 1.16 kursu ilə başlayan avro daha sonra
1.13 bəndinə qədər dəyər itirib. Bu da avro üçün 3 faizlik ucuzlaşması deməkdir.
V. Bayramovun
sözlərinə görə, valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən
ödənilir:
"Bu baxımdan
Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində
çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur.
Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin
dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur.
Turan Rzayev