Milli Şuranın mitinqinin təşkilatçıları polisə çağırıldı

Milli Şuranın mitinqinin təşkilatçıları polisə çağırıldı
 

Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Sfera.az  xəbər verir ki, bu barədə APA-ya mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib.

O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, sabah - oktyabrın 17-də saat 11-ə idarəyə dəvət olunublar.

Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq təyin edib. Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli sosial şəbəkədə bildirib ki, mitinqi "28 May" metrostansiyasının qarşısında keçirəcəklər.


OXŞAR XƏBƏRLƏR