Milli Şura Bakıda razılaşdırılmış piket keçirib

Milli Şura Bakıda razılaşdırılmış piket keçirib
 

Milli Şura Bakıda razılaşdırılmış piket keçirib.

Sfera.az bildirir ki, piket Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arasında yerləşən ərazidə keçirilib.

50 nəfərin iştirakı ilə keçirilən piketdə Milli Şuraya aksiya keçirilməsi üçün şəhərin mərkəzi ərazilərində yer verilməsi tələb edilib.

Aksiyanın yüksək təhlükəsizlik şəraitində keçirilməsi və ictimai asayişin pozulmaması üçün əraziyə polis əməkdaşları cəlb olunub.

Piket başlamazdan öncə razılaşdırılmış yerdən kənarda - İstiqlaliyyət küçəsi ilə Muxtarov küçəsinin kəsişməsində aksiya keçirməyə cəhd olunub. Polis həmin ərazidə aksiyaya imkan verməyib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) oktyabrın 3-də Milli Şuranın piketlə bağlı müraciətinə baxıb və piketin keçirilməsinə etiraz etməyib.


OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...