Milli qürur günümüz mübarək!

Milli qürur günümüz mübarək!
8 May 1992-ci ildə -28 il 6 ay bundan əvvəl qədim Şuşamız naxələf düşmən tərəfindən işğal olundu. Bu illər ərzində müqəddəs torpağımız Paşinyan kimi namərdlərin (bu namərdlərinin hamısının adını çəkməyə sosial şəbəkələrimizin imkanı da yetməz) oylağına, kef məkanına çevrilmişdi. Bizlərə göz dağı verirdilər. Düşmən Şuşanın işğal əməliyyatına "dağlarda toy” kod adını vermişdi.

08 noyabr 2020 -ci ildə Müzəffər Ordumuz ALİ Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yağı düşmənə əsl toy tutdu, "toylarını” matəm günlərinə çevirdi. Ali Baş Komandanımız dəmir yumruğun, əsl Lider iradəsinin, Prezident və Xalq birliyinin, güclü ordunun nə demək olduğunu düşmənə başa düşəcəyi dildə başa saldı. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Ali Baş Komandanımız bu gün xalqa müracətində haqq savaşımızın hələ bitmədiyini açıq şəkildə ifadə edib düşmənə layiq olduğu ismarıcını da göndərdi: "Biz dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik”. Xanın kəndi, hələ də işğal altında qalan torpaqlarımız ordumuzun yolunu səbrsizliklə gözləyir. İnşAllah o günə də çox az qalıb. Allah Ali Baş Komandanımıza, Xalqımıza, Ordumuza yar olsun, Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun!
Milli Qürur günümüz mübarək olsun!

Milli Məclisin deputatı

Ülvi Quliyev

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...