Milli Qəhrəmanın oğlu seçicilərlə növbəti görüşünü keçirdi
16:15 / 29.01.2020
3051
Cari ilin Fevralın 9-a təyin edilmiş VI çağırış növbdənkənar Parlament seçkilərinə namizədliyini irəli sürmüş şəxslərin təbliğat-təşviqat kompaniyası davam edir.
Sfera.az xəbər verir ki, Milli Qəhrəman Cavanşir İbrahimovun oğlu, 19 saylı Nərimanov seçki dairəsindən namizədliyini irəli sürmüş Oruc İbrahimov seçicilərilə növbəti uğurlu görüşünü keçirib.
Bu dəfəki görüşündə adıçəkilən dairədə xanım seçicilərilə ilə bir araya gələn namizəd onlarla bir sıra məsələləri müzakirə edib, yaşayış binalarında mövcud problemlərə toxunulub. Öz növbəsində xanımlar gənc namizədi dəstəklədiklərini, Parlamentdə Oruc İbrahimovu görməkdən məmnun olacaqlarını vurğulayıblar.