Milli parkın mühafizə rejimini pozan şəxslər cəzalanıb

Milli parkın mühafizə rejimini pozan şəxslər cəzalanıb
 Ağgöl Milli Parkının Beyləqan rayonu ərazisində gecə saatlarında mühafizə rejimini pozaraq hərəkət edən "QAZ 69” markalı 11-BA-771 dövlət nömrə nişanlı və "Vaz 21011” markalı 10-LC-148 dövlət nömrə nişanlı minik avtomobilləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a bildirilib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı balıq ovu üçün istifadə olunan alətlər və ovlanmış çəki balığı aşkar edilib.

Faktla bağlı Beyləqan rayon sakinləri Fuad Quliyev və Cabbar Cabbarov barəsində akt və protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub.
"QAZ 69” markalı minik avtomobilində olan şəxslər isə avtomobili qoyaraq ərazidən uzaqlaşıblar.

Hazırda digər qanun pozucularının müəyyən edilməsi üçün zəruri tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...