No Image
No Image

Milli Məclisin şöbə müdirindən “Porsche” ilə bağlı AÇIQLAMA: “Dostumundu…”

Milli Məclisin şöbə müdirindən “Porsche” ilə bağlı AÇIQLAMA: “Dostumundu…”

Ötən gündən etibarən sosial şəbəkələrdə Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədova məxsus olduğu iddia edilən "Porsche” markalı avtomobilin satışa çıxarıldığı bildirilir.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Bildirilir ki, İ. Məmmədov "Turbo.az" saytında avtomobilini satışa çıxarıb. Eyni zamanda, sosial şəbəkə hesabında da avtomobillə bağlı da məlumat yerləşdirib. 

Belə ki, " Porsche Boxter GTS” avtomobil 54 min dollara (təxminən 92 min manata) təklif olunub. Elanda qeyd olunub ki, bu komplektasiyada Azərbaycanda ikinci avtomobil yoxdur. 

İ. Məmmədov "Qafqazinfo”ya bildirib ki, avtomobil ona məxsus deyil: "O mənim dostumun maşını idi.  Bir ay əvvəl məndən xahiş etmişdi ki, elanı səhifəmdə paylaşım. Mən də burada heç bir qəbahət görmürəm və elanı paylaşmışam. 

Qeyd edək ki, məsələ ilə bağlı Milli Məclisin yeni mətbuat xidmətinin rəhbəri Ceyhun Əli ilə də əlaqə saxlamağa çalışdıq. C. Əli telefona cavab verməyib.







OXŞAR XƏBƏRLƏR

ATƏT-in amerikalı həmsədri: Ermənistan Azərbaycanın suveren ərazilərini işğal edib

ATƏT Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Richard Hoagland Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı fikir səsləndirib. Sfera.az...

Ermənistan ordusu general və iki polkovnikini itirdi - FOTO

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb. Sfera....

Düşmən Ağdərə istiqamətindən geri çəkildi - VİDEO

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib. Müdafiə Nazirliyi...

Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi

Azərbaycanlı hakerlər Ermənistan rəhbərliyinə növbəti şoku yaşadıb.   Sfera.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın və ailə üzvlərini...

Sərdar Cəlaloğlu: Ramiz Mehdiyev erası bitdi

 Sərdar Cəlaloğlu: "Əslində, hakimiyyət bu gedişlə Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş...

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

 Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkiin baxış iclası keçirilib.   ...