Milli Məclisin sədri Nursultan Nazarbayevlə görüşdü - FOTO

Milli Məclisin sədri Nursultan Nazarbayevlə görüşdü - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində sentyabrın 29-da paytaxt Nursultan şəhərində Qazaxıstan Respublikasının birinci Prezidenti, Elbası Nursultan Nazarbayev ilə görüşüb.

Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin nümayəndə heyətini mehribanlıqla salamlayan Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Azərbaycanda gedən prosesləri diqqətlə izlədiyini bildirib. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin bütün bölgə üçün, türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bir daha təbriklərini çatdırıb. O, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevlə bağlı xoş xatirələrini yada salıb. Nursultan Nazarbayev son 30 ildə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərini, iqtisadi tərəqqini, dövlət quruculuğunun müxtəlif sahələrində uğurla həyata keçirilən islahatları yüksək dəyərləndirib.

Nursultan Nazarbayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət, bölgədə sülhün və sabitliyin təmin olunmasına yönəlmiş addımlar, yeni reallıqlar şəraitində nəqliyyat dəhlizlərinin açılması beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzunu çox gücləndirib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Elbası Nursultan Nazarbayevə çatdıran Milli Məclisin sədri qazax xalqının yetirdiyi bu böyük şəxsiyyətlə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev arasındakı dostluqdan söz açıb. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı etimadın möhkəmlənməsində bu iki böyük şəxsiyyətin danılmaz xidmətləri olduğunu vurğulayıb.

Azərbaycan-Qazaxıstan münasibətlərinin tarixində Prezident İlham Əliyevin Nursultan Nazarbayevlə hər görüşünün xüsusi səhifə təşkil etdiyini bildirən Sahibə Qafarova bu görkəmli dövlət xadiminin 2017-ci ildə ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən "Heydər Əliyev” ordeni ilə təltif edilməsini məmnunluqla yada salıb.

Görüş zamanı Spiker Azərbaycan və qazax xalqlarının müstəqillik dövründə çətin mərhələlərdən keçdiyini deyib. O bildirib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq.

Azərbaycan parlamentinin rəhbəri əlaqələrimizin genişlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolundan, "Azərbaycan Respublikasının Milli Məclisi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətindən danışıb. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, deputatlarımızın beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirib.

Görüşdə Sahibə Qafarova Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin türk xalqlarını bir araya gətirmək təşəbbüslərinin yüksək dəyərləndirildiyini vurğulayıb. Xalqlarımızın daha sıx münasibətlər qurmasında, Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmlənməsində, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində TÜRKPA və TÜRKSOY-un, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaratdığı imkanları xüsusi qeyd edib.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Vətən müharibəsindən söhbət açan Sahibə Qafarova 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistana layiqli cavab verdiyini, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini həyata keçirdiyini vurğulayıb. Spiker 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu deyib. İşğal illərində Qafqazın Xirosimasına çevrilmiş ərazilərin bərpası və yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...