No Image
No Image

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum oldu

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum oldu
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.

Sfera.az-ın məlumatına görə, parlamentin növbəti plenar iclası noyabrın 24-də keçiriləcək. İclasın gündəliyinə 6 məsələ daxil edilib.

Gündəliyə daxil edilən məsələlər aşağıdakılardır:

1. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

2. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

 6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

OXŞAR XƏBƏRLƏR

Evini tərk edən “COVID-19” xəstəsi barədə cinayət işi açıldı

 Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayon sakini S...

Son sutkada koronavirusdan ölənlərin sayında rekord

 Azərbaycanda bu gün koronavirus infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az x...

Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı

 Ermənistan Baş naziri Nikol Paşinyan əsirlərin qaytarılması və itkin düşənlərin axtarışı ilə bağlı problemlərin həllini sürətləndirmək üçün ölkədə daxili ...

Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı - FOTO

 Şabranda yaşadığı ünvanı tərk edən "COVID-19” xəstələri müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata gö...

“Ermənistanın Ağdamdakı dağıntıları nüvə silahından da pisdir” - FOTOLAR

 Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ağdamı Cənu...

Əfqanıstanlı nazir sammitdə Azərbaycanı dəstəklədi - VİDEO

Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hanif Atmar Azərbaycana dəstək verib. Sfera.az xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Tvitte...