Milli Məclisin komitə sədri: SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılır

Milli Məclisin komitə sədri: SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılır
 

Koronavirus pandemiyası insanların sağlamlığına təhlükə yaratmaqla yanaşı, tarixin ən böyük iqtisadi böhranını yaşatmaqdadır. Bu böhran turizm, geyim, avtomobil sənayesi, xidmət sahəsi, enerji sektoru və digər bir çox sahəyə təsir edib. Nəticədə aviasiya şirkətlərindən geyim istehsalçılarına, enerji şirkətlərinə qədər demək olar ki, bütün sektorlar çətinliklə üzləşib. Artıq bir çox şirkət müflis olduğunu, bir çoxu isə gəlirlərinin azalması səbəbindən işçilərini ixtisar edəcəyini açıqlayıb. Məsələn, Böyük Britaniyanın nəhəng neft şirkəti BP 10 min işçisini, bu ölkənin lüks moda brendi olan "Mulberry” işçilərinin 25%-ni ixtisar edəcəyini açıqlayıb. Bundan başqa, "British Airways” şirkəti 12 min nəfərədək, Britaniyanın "EasyJet” aviaşirkəti 4 500 nəfər, Fransanın avtomobil istehsalçısı "Renault” 15 min nəfərədək, "Airbus” 15 min nəfər, "Air France” aviaşirkəti 7 500 nəfər, Almaniyanın milli aviadaşıyıcısı "Lufthansa” 22 min nəfər, İrlandiyanın "Ryanair” şirəti 3 min nəfər işçisini ixtisar edəcəyini elan edib.

Bəs Azərbaycanda xüsusilə də ən böyük işəgötürən şirkəti SOCAR-da işçilərin optimallaşdırılması addımı atılmalıdırmı?

Sfera.az xəbər verir ki, millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, SOCAR-da da müvafiq təhlillər aparılır: "Ümumi olaraq optimallaşdırma siyasəti hər bir uğurlu fəaliyyətin mühüm şərtidir. Amma optimallaşdırma dedikdə yalnız işçilərin ixtisarı və xərclərin qənaəti başa düşülməməlidir”.
T.Mirkişili bildirib ki, hər şey qarşıya qoyulan məqsəddən və hədəflərdən asılıdır: "İndiki mürəkkəb dövrdə davamlı təhlillər aparmaq lazımdır. Yeni hədəflər və yeni üsullar tətbiq olunmalıdır. Çünki bazar sürətlə dəyişir, yeni şəraitə uyğunlaşmaq üçün çevik qərarlar vermək lazımdır. Bu bütün şirkətlərə aiddir”.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...